Kapital Bank Bakıxanov qəsəbəsindəki bankomatlarla bağlı məlumata aydınlıq gətirdi

baku00283
Kapital Bank Bakıxanov qəsəbəsində yaşayan müəllimlərin maaşlarını guya bu bankın bankomatları vasitəsilə ala bilməməsi barədə contact.az saytında yayılmış məlumata aydınlıq gətirib.

Bankın açıqlamasında qeyd edilir ki, Kapital Bankın Bakıxanov qəsəbəsindəki bankomatlarından yalnız birinin fəaliyyətində 7 iyul tarixində texniki problem üzündən qısamüddətli fasilə yaranıb. Problem bir neçə saat ərzində aradan qaldırılıb və bankomatın fəaliyyəti bərpa olunub.

Hazırda Kapital Bankın Bakıxanov qəsəbəsi ərazisindəki bütün bankomatları normal rejimdə çalışır. Bu bankomatlar vasitəsilə nağd vəsait əldə etmək, həmçinin digər bank əməliyyatları aparmaq mümkündür.

Açıqlamada müştərilərə belə texniki problemlərlə qarşılaşarkən bu barədə dərhal bankın 196 nömrəli müştəri xidmətinə məlumat vermək və Kapital Bankın ərazidəki digər bankomatlarından istifadə etmək tövsiyə olunur.

319 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kapital Bank Bakıxanov qəsəbəsindəki bankomatlarla bağlı məlumata aydınlıq gətirdi

11 Temmuz 2014

By
@
backtotop