Mirvari Qəhrəmanlı: “Ailəmizə qarşı təzyiqlər qanunsuzluq və ədalətsizlikdir”

BE9D6B70-93EF-411B-90AF-2D52CBE9E7FA_s
“Rəhbəri olduğum qurumun hesabına və şəxsi hesabıma həbs qoyulmasını ancaq bu günlərdə bilmişəm”, – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Turana bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Nəsimi Rayon Məhkəməsi belə bir qərar çıxarıb. Həmin qərarla M.Qəhrəmanlının sədri olduğu komitəinin hesabına, öz şəxsi hesabına, habelə ailənin cari xərcləri üçün M.Qəhrəmanlının həyat yoldaşının banka qoyduğu depozitlərə həbs tətbiq edilib. “Hüquq-mühafizə orqanları bircə pensiyama həbs qoymayıb, o da yəqin yadlarından çıxıb, yada düşən kim nazir Səlim Müslümov ona da həbs tətbiq edər”, – M.Qəhərmanlı hakimiyyətin təzyiqlərinə ironiyasını ifadə edib. O qeyd edib ki, həbs tətbiq edilən hesab mədən sənayesində şəffaflıq məsələsilə bağlı layihənin icrasına aid idi. Layihəni Avropa Demokratiyaya Yardım Fondu maliyyələşdirib. Bu məsələ ilə bağlı komitə məhkəmə iddiası hazırlamağa başlayır. Nəticə etibarilə Avropa məhkəməsinə çıxmağa çalışır. “Nəyi də əlimizdən alsalar, düşüncəmizi, ağlımızı əlimizdən ala bilməyəcəklər və biz də öz işimizi əvvəlki kimi davam etdirəcəyik”, – M.Qəhrəmanlı fəaliyyətindən geri çəkilməyəcyini söyləyib.

Eyni zamanda hüquq müdafiəçisi bu addımı hüquq-mühafizə orqanlarının bir ailənin üzərinə aşırı təzyiqi kimi dəyərləndirib. Belə təzyiqlər nəticəsində ölkədən çıxmağa məcbur olan qızı Mətanət Əzizovanın həyat yoldaşında ürək xəstəliyi tapılıb. Nəvəsi stress yaşamalı olub. M.Qəhrəmanlı bu həbsləri hökumətin ailəni “çörək imtahanı”na çəkməsi kimi dəyərləndirib. “Bu, hüquq-mühafizə orqanlarının ailə üzərinə total hücumudur, bu qanunsuzluq və ədalətsizlikdir, ən maraqlısı budur ki, vətəndaşı hansısa qurumun zülmündən xilas etməli olan dövlət orqanları bu hücumda bizə qarşı tərəf yeri tutur”, – M.Qəhrəmanlı qeyd edib.

286 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mirvari Qəhrəmanlı: “Ailəmizə qarşı təzyiqlər qanunsuzluq və ədalətsizlikdir”

11 Temmuz 2014

By
@
backtotop