Müəllimlər KapitalBankın bankomatlarından maaş ala bilmirlər

kapiaaa
Bakıxanov qəsəbəsində yaşayan müəllimlər KapitalBankın bankomatlarından maaş ala bilmirlər. Maaş onların hesabına köçürülüb, amma nağd pul problemi var.

Xidmət inhisarlaşıb və büdcəçilərin maaş və pensiyalarını ABB və KapitalBankın plastik kartları ilə verirlər. Məsuliyyət onların üzərinə düşür, deyə “İqtisadi Təşəbbüslərə Yardım” İB-nin eksperti Samir Əliyev bildirir. Onun sözlərinə görə, hər iki bankın DSMF və hökumətlə maaşın tam və vaxtında ödənilməsi barədə müqaviləsi var.

Əmək Məcəlləsinə görə, maaş təşkilatın kassasında və ya bank hesabına köçürülməklə verilə bilər. Amma praktikada alternativ yoxdur. Dünya praktikasına əsasən, pul vəsaitlərinin bank hesabına köçürülməsi barədə fərdi və kollektiv müqavilə olmalıdır. Əmək müqaviləsinə əlavə saziş də bağlana bilər.

İşəgötürənin əməkdaşlara ödənişi plastik kartla həyata keçirməsi üçün işəgötürən yazılı razılıq verilməlidir. Əgər kimsə imtina etsə, işəgötürən onu məcbur edə bilməz. Bu halda maaş kassa vasitəsilə verilməlidir. Azərbaycanda bu qaydalar işləyirmi?

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müəllimlər KapitalBankın bankomatlarından maaş ala bilmirlər

09 Temmuz 2014

By
@
backtotop