Vəhabini döyən şəxs xuliqanlığa görə həbs edilib

070800083668
Sabirabadda dini dözümsüzlük zəminində baş verən insident iştirakçılarından biri Rəmzi Zeynalov həbs edilib.

Xatırladaq ki, iyulun 4-də İnternetdə vəhabinin ələ salınmasını, zorla saqqalının qırxılmasını əks etdirən videokadrlar yayılıb. Zərərçəkmiş Kürdəmir rayon sakini Cavanşir Zərbəliyev, onu incidən şəxs isə Rəmzi Zeynalov idi.

Zeynalova qarşı 221.1-ci (xuliqanlıq) maddə ilə ittiham irəli sürülüb, məhkəmə isə onu 2 ay müddətinə həbs edib. Bu barədə Turan-a Sabirabad rayon prokurorunun köməkçisi İbrahim İbrahimov bildirib.

İstintaq Sabirabad rayon polisində aparılır. 221.1-ci maddə bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qeyd edək ki, ölkənin bir çox məşhur din xadimləri dini azlığın nümayəndəsinə qarşı divanı pisləyiblər.

Maraqlıdır ki, iş siyasi məhbuslara qarşı tez-tez istifadə olunan 283-cü “milli, irqi, sosial və ya dini kin və ədavət salmaq” maddəsi ilə deyil, yalnız “xuliqanlıq” kimi tövsif edilib.

333 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vəhabini döyən şəxs xuliqanlığa görə həbs edilib

08 Temmuz 2014

By
@
backtotop