Cavanşir Zərbəliyev: Vurdular, vurdular… saqqalımı qırxdılar, dedilər müsəlmanın düşmənidir

070700083579
“Bazarda dedilər ki, sənə buraya gəlmə dedik, niyə gəlmisən? Başladılar məni vurmağa, vurdular, vurdular, vurdular… saqqala gələndə, dedilər çək, “davay”, çək bu müsəlmanın düşmənidir”. Bu barədə Sabirabad rayonunda fiziki təzyiqə məruz qalmış dindar Cavanşir Zərbəliyev Turan agentliyinə bildirib.

“Dedilər Əlinin düşmənidir, dedim Əli mənim qardaşımdır, başladılar vurmağa. Dedilər Hüseynin düşmənidir, dedim Hüseyn mənim qardaşımdır. Başladılar vurmağa. Saqqalımı qırxdılar, qılıncla gəlmişdilər. Məni vura-vura apardılar qazinin yanına. Qılıncı qoydular yanıma, dedilər ki, Allaha dua et ki, qazi sənə rəhm etsin”, deyə o qeyd edib.

Qazi dindarı təzyiqə məruz qoyanların əleyhinə çıxıb. “Qazi dedi ki, bunu niyə buraya gətirmisiniz, saqqalını niyə qırxmısınız, siz bu işlərə qarışmamalısınız, hökumət var. O dedi ki, hökumət var, bunu aparın verin polisə. Gətirib məni verdilər polisə. Polislər başladılar”, deyə Zərbəlıyev bildirib.

Polis onları buraxıb, Zərbəliyevi saxlayıb. “Atam gələndən sonra məni buraxdılar. Mən deməmişdim ki, döyüblər, saqqalımı qırxıblar. Şikayətçi də deyildim. Onlar özləri özlərini tora saldılar. Çəkilişi youtube kanalında yayıblar. Səhəri gün Sabirabad rayon polis şöbəsinin rəis müavini mənə zəng etdi ki, burada səni döyüblər niyə deməmisən? Gəl buraya. Getdim, məndən ərizə aldılar”.

O hesab edir ki, insanlara inancına görə ayrı-seçkilik edən şəxslər cəzalandırılmalıdır. “Amma mənimlə üzbəüz olan Razi adlı şəxs polis şöbəsində idi. O, əlində siqaret, təsbeh gəzirdi. Gələn onunla görüşürdü. Belə olmaz”, deyə o etiraz edib.

Zərbəliyev hesab edir ki, insanlar öz ölkəsində fitnə-fəsad törətməməlidir. “Günahkarları bu işlərdən uzaqlaşdırmaq lazımdır. İrana işləyənlərdir, nə bilim casuslardır, kimdir, gəlib müsəlmanın qeyrətinə toxunur, saqqalını qırxır, şəxsiyyəti elə alçaltmaq olmaz. Bura Azərbaycandır, azad ölkədir, bu belə qalmaz. Bu insanlar tutulmalıdır”, deyə dindar qeyd edib.

284 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Cavanşir Zərbəliyev: Vurdular, vurdular… saqqalımı qırxdılar, dedilər müsəlmanın düşmənidir

07 Temmuz 2014

By
@
backtotop