Müşfiqabadda vəhabilər dindarlara hücum ediblər

suriye-vahabi-k
Ötən şənbə Müşfiqabad qəsəbəsində iftar zamanı bir neçə vəhabi bir qrup şəxsə hücum edərək onları döyüb. Hücum edənlərin bir hissəsi saxlanılaraq Qaradağ Polis İdarəsinin 10-cu bölməsinə aparılıb. “İslamazeri” dini saytı məlumat verib. Turan-ın polis bölməsindən və DİN-dən məlumat almaq cəhdləri nəticə verməyib.

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu bunu Azərbaycanda ekstremist ideologiyanın tətbiqinə cəhd kimi qiymətləndirib. “Bu məqsədlə sələfi təriqətinə mənsub qeyri-sabit insanları bu cür qeyri-adekvat hərəkətlərə sövq edirlər”, – o bildirib.

Xatırladaq ki, iyulun 4-də Sabirabadda vəhabinin saqqalının zorla qırxılması ilə bağlı İnternetdə video yayılıb. Bu, sələfilərin, həmçinin onların əleyhdarlarının aqressiv reaksiyasına səbəb olub.

Ümumilikdə, müxtəlif dini cərəyanların tərəfdarları arasında gərginlik artıb.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müşfiqabadda vəhabilər dindarlara hücum ediblər

07 Temmuz 2014

By
@
backtotop