Ş.Həsənli: Bunu məzhəb davası adlandırmaq təxribatdır

Haci Sahin Hesenli_420x250
“Belə hərəkətlər kimə qarşı olmasından asılı olmadan pislənilməlidir və insan əqidəsinə görə təqib obyekti ola bilməz”. Bu sözləri Turan-a tanınımış din xadimi, “Məşədi Dadaş” məscidi icamsının imam-camaatı Hacı Şahin Həsənli bildirib.

O, insanların etirazlarını bu şəkildə ifadə etməsinə narazılıq bildirirək, mübarizənin yalnız hüquqi müstəvidə aparılmasını tövsiyə edib. “Azərbaycan hüquq dövləti olduğu üçün mübarizə də ancaq və ancaq hüquqi müstəvidə olmalıdır”, – deyə Ş.Həsənli qeyd edib.

Bundan əlavə, Ş.Həsənli bu qarşıdurmanın cəmiyyətə məzhəb qarşıdurması şəklində çatdırılması cəhdlərinə də etiraz bildirib. “Elə görüntülərdən də müəyyən etmək olur ki, bu, sadə insanların, özü də dini bilgiyə malik olmayan insanların yaratdığı qarşıdurmadır və bunu məzhəb qarşıdurması kimi təqdim etmək ancaq təxribatdır və bunun başqa adı yoxdur”, deyə Ş.Həsənli qeyd edib.

287 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ş.Həsənli: Bunu məzhəb davası adlandırmaq təxribatdır

05 Temmuz 2014

By
@
backtotop