DİN Sabirabadda dindara qarşı zorakılıq faktını təsdiq etdi

daxili_isler_nazirli_yi_007
DİN-in mətbuat xidməti youtube-da videogörüntüləri yayılan Sabirabadda vəhabiyə qarşı zorakılıq faktı ilə bağlı şərh verib.

Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, belə bir fakt olub. Münaqişə iştirakçılarının adları müəyyən edilib. Zorakılığa məruz qalan şəxs Kürdəmir sakinidir, Sabirabadda yerli sakinlər onu yaxalayaraq, orada dini təbliğat apardığına görə cəzalandırmağı qərara alıblar.

DİN nümayəndəsi bildirib ki, münaqişə iştirakçılarının şəxsiyyətləri müəyyən edilib və fakt üzrə zəruri tədbirlər görüləcək. Eyni zamanda o qeyd edib ki, heç kim kimisə özbaşına cəzalandıra bilməz.

Qeyd edək ki, videoda bir qrup şəxsin saqqallı kişini döydüyü, sonra isə zorla qayçı ilə saqqalı kəsməyə başladığı görünür.

Vəhabilik təmsilçiləri də baş verənlərə reaksiya verərək, bir sıra dini saytlar vasitəsilə yoldaşlarının təhqir olunmasına və alçaldılmasına görə qisas almaqla hədələyiblər.

287 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

DİN Sabirabadda dindara qarşı zorakılıq faktını təsdiq etdi

05 Temmuz 2014

By
@
backtotop