Emin Hüseynov: “ Anar Məmmədlinin həbsinin siyasi olması ilə bağlı ATƏT PA-nın 300 deputatı səs verib”

070200083179
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında və ATƏT Parlament Assambleyasının Bakıda keçirilən illik sessiyasında Azərbaycanda insan hüquqlarının durumu, siyasi məhbus problemi ciddi müzakirə mövzusu olub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində bildirib.

“Avropanın 300-dən çox deputatının iştirak etdiyi forumlarda Azərbaycan rəhbərlərinə insan hüquqlarının durumunun yaxşılaşdırılması, siyasi məhbusların azad edilməsi ilə bağlı mesajlar çatdırıldı. Hesab edirəm ki, bu müzakirələr ölkədə islahatlara, məhbusların azad edilməsinə təkan verəcək. Hüquq müdafiəçilərinə, siyasi opponentlərə, jurnalistlərə, blogerlərə qarşı neqativ basqıların azalmasına səbəb olacaq”, – o qeyd edib.

E.Hüseynov siaysi məhbusların azad ediləcəyinə ümid edir: “Amma növbəti siyasi məhbusların olmayacağı ilə bağlı zəmanət yoxdur. Biz istərdik ki, siyasi məhbuslar ədalətli məhkəmə qərarı ilə azadlığa çıxsınlar. Bu və ya digər fərdlərin, nə prezidentin əfvi ilə, nə də parlamentin amnistiyası ilə azadlığa çıxmasınlar. Söhbət əqidəsinə görə həbs olunmuş şəxslərdən gedir. Əgər prezident öz siyasi opponentini əfv edirsə, bu, heç də yaxşı hal deyil. Bu, onu göstərir ki, mən səni istənilən vaxt tuta bilərəm, istənilən vaxt isə buraxa bilərəm”.

Onun fikrincə, Azərbaycan kimi yeni ölkələr həmişə problemləri inkar edir. Deyirlər ki, biz ən yaxşı dövlətik, başqa ölkələrdə insanlar acından ölür. Bu təşviqat üsuludur, həqiqət deyil.

“İlham Əliyev AŞPA-da bildirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, ədalətli məhkəmə var. Digər tərəfdən də dedi ki, Avropa hüquq məkanına daxilik. Avropa Məhkəməsinin isə Azərbaycana qarşı çoxsaylı qərarları var. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, İlqar Məmmədovun həbsdə saxlanması sırf siyasi qərarla baş verib, siyasi həbsdir. Anar Məmmədlinin həbsinin siyasi olması ilə bağlı ATƏT PA-nın 50 ölkədən olan 300 deputatı səs verib”.

E. Hüseynov problemlərin həllinin dialoqdan asılı olduğunu bildirib: “Biz ictimai qurumlar real dialoqa hazırıq. Amma bu dialoq 2012-ci ildə başlayan dialoq kimi nəticəsiz olmamalıdır, imitasiya xarakteri daşımamalıdır”, -o qeyd edib.

282 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Emin Hüseynov: “ Anar Məmmədlinin həbsinin siyasi olması ilə bağlı ATƏT PA-nın 300 deputatı səs verib”

02 Temmuz 2014

By
@
backtotop