QMİ sədri: “ İraqda baş verənlər insanlığa qarşı təxribatdır”

070200083175
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə İraqda baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

A.Paşazadə bütün bəşəriyyətin gözü önündə İraq dramının yaşanmasını nəzərə çatdırır. İraq hadisələri təhlükəli təzahür adlandırılır, bu hadisələr təkcə müsəlmanlara yox, bütün insanlığa qarşı yönələn təxribat kimi dəyərləndirilir.

“Bu hadisələri törətməkdə məqsəd bəşər ailəsinə çaxnaşma, nifaq salmaq dözümsüzlük yaratmaqdır”, –

A.Paşazadə iraqda baş verənlərə münasibətini ifadə edib.

Sənəddə islam dinində müqəddəslik kəsb edən məkanlara qarşı hörmətsizliyin hiddətlə qarşılandığı bildirilir, bütün beynəlxalq ictimaiyyət Yaxın Şərqdə baş verən hadisələrə biganə qalmamağa çağırılır.

“Mübarək Ramazan ayı ilə bağlı müsəlman dünyasının gərgin nöqtələri olan İraq, Suriya, Əfqanıstan, Fələstin və s. müsibətlərin sona yetməsi üçün gedən döyüşlərin dərhal dayandırılmasını, sülhün bərqərar olmasını vacib sayırıq”, – müraciətdə qeyd olunur.

A.Paşazadə Ramazan ayında döyüşlərin dayandırılmasının vacib olmasını “Quran” ayəsilə əsaslandırır. QMİ dünya ictimaiyyətinə səslənərək İraqda baş verən hadisələrin daha hər hansı dövlətdə təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, bu faciələrə yol açanların beynəlxalq məhkəmələrdə mühakimə olunmasına nail olmağa çağırır. “Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə dinin gözdən salınmasını istəyirlər”, – sənəddə hadisələrə şərh verilir.

“Bəşərə təhlükə dindən, müqəddəs dəyərlərdən yox, din adına sui-istifadələrdən, dini ehkamları təhrifdn qaynaqlanır”, – sənəddə qeyd edilir. Yalnız xalqların qətiyyəti önündə belə ünsürlərin öz niyyətlərinə çata bilmədikləri ifadə edilir. Dinlər, məzhəblərarası əmin-amanlıq olmayan yerdə inkişafın mümkün olmadığı iddia edilir. “Məzhəbindən asılı olmadan, sağlam düşüncəli hər bir müsəlman gözəl anlayır ki, bu təxribatlar islam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib, onu törədənlər müsəlman deyil və islam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının isə islama heç bir aidiyyatı yoxdur”, – sənəddə qeyd olunur.

295 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

QMİ sədri: “ İraqda baş verənlər insanlığa qarşı təxribatdır”

02 Temmuz 2014

By
@
backtotop