ATƏT PA-nın bəyannaməsinə Anar Məmmədlini azad etmək çağırışı daxil edilib

070200083140
Bu gün ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.

ATƏT-in fəaliyyət istiqamətləri ilə bağlı ümumi məsələlərlə yanaşı, bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib.

Xüsusən, ATƏT PA Helsinki Yekun Aktında yer alan sərhədlərin və ərazi bütövlüyünün pozulmazlığı, mübahisələrin dinc yolla həlli, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsiplərinə riayət etməyin əhəmiyyətini vurğulayır və RF-ni Krımın ilhaqını ləğv etməyə çağırır.

ATƏT PA Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozmasını, o cümlədən bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasını və Ukrayna ərazisinin işğal edilməsini pisləyir.

Bununla belə, ATƏT PA gərginliyin azaldılması və böhran vəziyyətindən çıxış üçün Ukrayna üzrə parlamentlərarası platforma yaratmağa çağırır.

ATƏT PA RF-ni 12 avqust 2018-ci il tarixində qəbul edilmiş atəşkəs haqqında saziş çərçivəsində Gürcüstan ərazisinin işğalına son qoyulması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.

ATƏT PA təsdiq edir ki, ATƏT regionunda uzanan münaqişələrin həlli və onların dinc yolla və danışıqlar əsasında, razılaşdırılmış çərçivələr daxilində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqlara tam şəkildə riayət edilməklə tənzimlənməsində irəliləyiş əldə edilməsi üzrə tədbirlər görülməsinin ATƏT-in ilkin vəzifələrindən biridir.

ATƏT PA həmçinin iştirakçı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və hazırda mövcud olan sənədlərin mənasının və təfsilatının fərqli şəkildə təfsirinin qarşısının alınması məqsədilə assambleya çərçivəsində yeni arbitraj sistemi yaratmağa çağırır. Bu bənd bəyannaməyə Helsinki prinsiplərinin subyektiv və şəraitə uyğun təfsiri və separatçılığa bəraət verilməsi, onun xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim edilməsi cəhdləri ilə əlaqədar daxil edilib.

İnsan hüquqları ilə bağlı hissədə ATƏT PA “siyasi məhbus” anlayışının tərifini təsdiq edən ATƏT qətnaməsinə dəstək ifadə edib.

Bəyannaməyə həmçinin Azərbaycan hakimiyyətinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini həbsdən azad etmək, habelə onun və siyasiləşdirilmiş məhkəmələrin digər qurbanlarının hüquq müdafiə fəaliyyətini davam etdirməsi üçün şərait yaratmaq çağırışı yer alan bənd daxil edilib.
Həmçinin, bəyannamədə ATƏT-in Bakı ofisinin layihə koordinatoru səviyyəsinə endirilmiş əvvəlki statusunu bərpa etmək çağırışı yer alır.

Plenar iclasda Norveçli deputat Bekkelvold Məmmədlinin azad edilməsi haqqında məsələ qaldıraraq, onun seçkilərin monitorinqini həyata keçirdiyinə görə təqib edildiyini bəyan edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deputatları Məmmədlinin konkret cinayətlərə görə həbs edildiyinə və məsələni siyasiləşdirməyə ehtiyac olmadığına inandırmağa çalışıb.

O, həmçinin ATƏT-in Bakı ofisinin əvvəlki statusunun qaytarılması haqqında təklifə qarşı çıxaraq, bu qərarın ATƏT Daimi Şurası ilə razılaşdırıldığını bəyan edib.

Lakin böyük səs çoxluğu ilə Muradovanın təklifi rədd edilib.

Bəyannamədə həmçinin ATƏT ölkələrində, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan və RF-də hüquq müdafiəçilərinin həbsi, qorxudulması və onlara qarşı digər qorxutma formaları ilə bağlı narahatlıq ifadə olunub.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan son plenar iclasda çıxışında ATƏT PA-ya erməni nümayəndələrinin təhlükəsizliyinə zəmanət verildiyinə görə təşəkkür edib. O, həmçinin şərait yaratdıqları üçün Bakılı həmkarlarına təşəkkür edib. “Bəli, mübahisələr oldu, amma sonda qarşılıqlı anlayış qalib gəldi”, deyə Geqamyan qeyd edib.

Bəyannamə ilə paket şəklində ATƏT PA komitələrinin əvvəllər təsdiq etdiyi bir neçə qətnamə də qəbul edildi:

“Rusiya Federasiyasının Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozması”; “ATƏT regionunda vasitəçilik potensialının inkişaf etdirilməsi”; “Cənub-Şərqi Avropada regional əməkdaşlıq”; “Terrorizmə qarşı mübarizə”; “ATƏT-in Əfqanıstanla bundan sonrakı qarşılıqlı fəaliyyəti”; “ATƏT regionunda qaçqınların vəziyyəti”; “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi”; “Cinsi istismar məqsədilə uşaq ticarətinin qarşısının alınması və buna görə məhkəmə təqibi”; “İşgəncələrə qarşı mübarizə”; “Təhlükəsizliyin təmin edilməsi üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” və s.

170 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT PA-nın bəyannaməsinə Anar Məmmədlini azad etmək çağırışı daxil edilib

02 Temmuz 2014

By
@
backtotop