Əli Kərimli niyə qovulub?

68093 (2)
“Bizim Avropa Şurasına sədrliyimiz dövründə olan prioritetlərimiz təhsil, insan haqqlarının qorunması, korrupsiyaya, qarşı ikili standarlara qarşı mübarizədir. Bu məslələr ATƏT-in də daimi gündəliyindədir. Korrupsiyaya qarşı mübarizədə Azərbaycan çox ciddi nailiyyətlər imza atıb”. Bunu Bakıda keçirilən ATƏT PA-nın 23-cü illik konfransında Bahar Muradova deyib.

Mİlli Məclisin vitse spikeri Anar Məmmədlinin həbsinə də toxunub. O, bildirib ki, adıçəkilən şəxsin həbs olıunması ilə bağlı narahatlığın ifadə olunmasını başa düşür. “Mən də narahatam. “Siyasiləşdirilmiş həbslərdən danışan həmkarlarımın hər şeydən əvvəl həbslərin siyasiləşdirilməsindən danışsınlar. Onlar həbslərin siyasiləşdirilməsini qabartısınlar və biz də onlara hesabat verək. Biz hər bir həbsə düşən şəxsin azadlığa çıxması üçün lazım olan bütün addımları atmışıq. Bu iş Avropa Məhkəməsinin səlahiyyətlərinə daxil edilib. Biz bu məsələ ilə bağlı gələcəkdə də bütün işləri görməyə hazırıq”.

Bahar Muradova müxalifət liderinin ATƏT PA-nın Bakıda keçirilən iclasına buraxılmamasından da danışıb. B.Muradova həmin şəxsin ATƏT qaydalarına əsasən zala buraxılmadığını söyləyib. “ATƏT PA-nın öz qaydaları var. Bura şəxslərin buraxılması, qeydə alınmasının müvafiq prosedur qaydaları var. Biz bu qaydalara əməl edirik. Həmin siyasi partiya rəhbərinin bura daxil olmamasının səbəbi Azərbaycan dövləti deyil. Bu ATƏT PA-nın daxili qaydalarıdır. O, şəxs vaxtında qeydiyyatdan keçsəydi, bu gün bu iclasda iştirak edə bilərdi. Niyə bu məsələ qabardılır? Bu iclasda müxalif mövqeli insanların iştirak etməsi bir daha təsdiq edir ki, onlar qeydiyyatdan keçdikdən sonra zala buraxılıblar. Bizdə media azadlığı var və onlara hər cür şəraiti yaratmışıq. Bizi və sizi dünyaya göstərən bütün mediaya minnətdar olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ATƏT Parlament Assambleyasının iclası keçirilən otelə buraxılmayıb. Sədr bu barədə öz Facebook səhifəsində yazıb. Ə.Kərimli Parlament Assambleyasının bir neçə üzvü ilə görüşmək üçün getdiyi hoteldə təhlükəsizlik qüvvələrinin maneəsi ilə qarşılaşıb.

320 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əli Kərimli niyə qovulub?

02 Temmuz 2014

By
@
backtotop