“Sərhədsiz reportyorlar” Hilal Məmmədovun işi üzrə Ali Məhkəmənin qərarını pisləyib

062800082809
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı bəyanat yayaraq Azərbaycan Ali Məhkəməsinin Hilal Məmmədovla bağlı qərarını pisləyib.

Ötən gün Ali Məhkəmə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun 5,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb. H.Məmmədov narkotik maddə saxlamaqda və millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib.

Bəyanatda qeyd olunur ki, H.Məmmədov siyasi məhbus kimi tanınıb. Halbuki, dövlət başçısı İlham Əliyev ölkədə siyasi məhbusların olmadığını bildirir.

H.Məmmədovun tərəfdarları və vəkili bildiriblər ki, həbsxanada onun səhhəti pisləşib, o ağır xəstə məhbuslarla eyni kamerada saxlanılır. Tibbi yardım göstərilmir.

144 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Sərhədsiz reportyorlar” Hilal Məmmədovun işi üzrə Ali Məhkəmənin qərarını pisləyib

28 Haziran 2014

By
@
backtotop