Azərbaycan ATƏT PA-nın Cənubi Qafqazda münaqişələrə diqqətini artırmasına tərəfdardır

bahar_yeni_9_1
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Miradova Cənubi Qafqazda münaqişələrin həllinə yardım məqsədilə ATƏT PA-nın region üzrə nümayəndəsi Joao Suareşin səlahiyyətlərinin genişləndirilməsi təklifi ilə çıxış edib. B.Muradova bu təkliflə iyunun 28-də ATƏT PA-nın Daimi komitəsinin iclasında çıxış edib.

B.Muradovanın fikrincə, ATƏT PA Cənubi Qafqazda mövcud münaqişələrin nizamlanmasına yardım istiqamətində yetərincə çalışmır.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun səylərinə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanmasında hələlik nəticə yoxdur.

“ATƏT PA bu istiqamətdə kifayət qədər fəaliyyət göstərmir. Odur ki, istərdik ki, ATƏT PA-nın Cənubi Qafqazdakı nümayəndəsinin mandatı uzadılsın və səlahiyyətləri genişləndirilsin. Yaxşı olardı ki, cənab Suareş sadəcə iki-üç ildən bir regiona gəlməsin, bu səfərlər intensivləşsin və o, regional münaqişələr üzrə daha aktiv vasitəçilik fəaliyyəti həyata keçirsin. Əgər biz burada Ukrayna ətrafında böhranı müzakirə ediriksə, Cənubi Qafqaz problemi də böyük aktuallıq kəsb edir”, – B.Muradova vurğulayıb.

Öz növbəsində ATƏT PA-nın sədri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç münaqişələrin nizamlanamsı sahəsində fəaliyyətin canlanmasına dair planlardan danışıb. “Bu planda bizim potensialın artırılması üçün bir sıra təkliflər var”, – o bildirib.

Krivokapiç hesab edir ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsinin fəallaşması “çox faydalı olardı”.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan ATƏT PA-nın Cənubi Qafqazda münaqişələrə diqqətini artırmasına tərəfdardır

28 Haziran 2014

By
@
backtotop