Polis hüquq müdafiəçisinin oğlunu ittiham etmək istəyir

1F448632-5246-4992-BBDF-652B2591C970_mw800_s
“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının koordinatoru Oqtay Gülalıyev iyunun 26-da saat 16.00-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona idarəyə çağırılmasının səbəbləri haqqında məlumat verilməyib.

Bir neçə gün əvvəl də Gülalıyev oğlunun 2013-cü il prezident seçkiləri ərəfəsində bıçaq yarası alması hadisəsinin araşdırılması bəhanəsi ilə polisə çağırılıb. Həmin vaxt Gülalıyev Milli Şuranın namizədi Cəmil Həsənlinin mətbuat katibi idi.

Gülalıyevin həmkarlarının fikrincə, onun polisə çağırılması hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Onlar hesab edirlər ki, fəalı siyasi məhbusların müdafiəsindən uzaqlaşdırmaq üçün ona təzyiq göstərilir.

Belə ki, hüquq müdafiəçilərinin fəal işi siyasi məhbuslar probleminə beynəlxalq diqqət çəkib ki, bu da hakimiyyəti çətin vəziyyətə qoyur.

Xatırladaq ki, Gülalıyevə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən irəli sürümüş rayonda iğtişaşlara çağırış ittihamı hələ də geri götürülməyib. Buna daşqından ziyan çəkmiş rayon sakinlərinin Gülalıyevi etiraz aksiyaında iştiraka dəvət etməsi bəhanə olub.

İki həftə əvvəl polis “Siyasi məhbuslarsız Azərbaycan” Alyansının digər nümayəndəsini – Elşən Həsənovu saxlayıb.

Saat 18 radələrində Gülalıyev polisdən çıxıb və Turan-a bildirib ki, idarəyə çağırılması oğlunun başına gələn hadisə üzrə cinayət işi ilə bağlıdır.

Polisin iddiasına görə, davaya əvvəlcə Gülalıyevin oğlu başlayıb və indi zərərçəkmiş olmasına baxmayaraq, ona qarşı cinayət işi açıla bilər.

Çox güman ki, polis bu yolla fəala siyasi məhbusların hüquqlarının müdafiəsinə son qoyması üçün təzyiq göstərir.

333 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Polis hüquq müdafiəçisinin oğlunu ittiham etmək istəyir

28 Haziran 2014

By
@
backtotop