RF nümayəndə heyəti ATƏT PA-nın sessiyasında Azərbaycanın dəstəyinə ümid edir

nariskin_mudahale_savasi_bitirmez13776408550_h1067069
Rusiya nümayəndə heyəti ATƏT PA-nın Bakı sessiyasında azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa ümid edir. Bu barədə Dövlət Dumasının spikeri Sergey Narışkin iyunun 27-də prezident İlham Əliyevlə görüşündə bildirib. RİA-Novosti məlumat yayıb.

“Biz sanki doğma torpaqdayıq, özümüzü evimizdəki kimi hiss edirik. Bu, bizim hər zaman azərbaycanlı həmkarlarımız ilə müxtəlif beynəlxalq parlament meydançalarında, o cümlədən ATƏT-in Parlament Assambleyasında öz fəaliyyətimizi yaxşı koordinasiya edəcəyimizə əminlik yaradır”, – Narışkin vurğulayıb.

O güman edir ki, ATƏT PA-nın yaxın sessiyasında diskussuya “qızğın, maraqlı, cəlbedici olacaq”. “Bu, bizi sevindirir, biz buna hazırıq, çünki həqiqət bizim tərəfimizdədir”, – o qeyd edib.

Öz növbəsində prezident İlham Əliyev deyib ki, qarşıdakı sessiyada tərəflər ümumi yanaşmaları nümayiş etdirəcəklər. “Biz beynəlxalq həyatla bağlı vahid mövqe nümayiş etdirəcəyik”, -İ.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, ikitərəfli münasbətlər prosesi dinamik inkişaf edir. Dövlət başçısı Narışkinin Azərbaycana səfərinin önəmini xüsusilə qeyd edib və deyib ki, münasibətlər bütün sahələrdə – siyasi, iqtisadi və humanitar – uğurla inkişaf edir.

“Biz bütün istiqamətlərdə effektiv çalışırıq və bu əməkdaşlığın davamına ümid edirik”, – İ.Əliyev bildirib.

Qeyd edək ki, 28 iyun-2 iyul ATƏT PA-nın sessiyasında Ukraynada vəziyyətlə bağlı xüsusi dinləmələr keçiriləcək.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

RF nümayəndə heyəti ATƏT PA-nın sessiyasında Azərbaycanın dəstəyinə ümid edir

28 Haziran 2014

By
@
backtotop