Apellyasiya Məhkəməsi azadxeber.org saytının redaktorunun barəsində hökmü qüvvədə saxlayıb

225007_16974
İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru həbsdə olan Nicat Əliyevin və digərlərinin apellyasiya şikayətinə baxılması başa çatıb.

Məhkəmə dəyişiklik olmadan hökmü qüvvədə saxlayıb. Bu barədə Turan-a vəkil Yalçın İmanov bildirib.

Müttəhimlərn doğmaları hökmü “Allahu əkbər!” sədası ilə qarşılayıblar. Müttəhimlər özləri son sözdən imtina edərək qərarı sakit qəbul ediblər.

Müdafiə tərəfi məhkəmənin qərarını ədalətsiz hesab edir və kassasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, 2012-ci mayın 20-də “Eurovision” mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

2013-cü il dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsi Nicat Əliyevin 10 il, digər saxlanılan şəxslər – Elvin Nəsirov və Ceyhun Səfərlinin 9 il, Valeh Abdullayev 8 il, Qorxmaz Camalov və Elimxan Elimxan 7 il, Samir Hüseynov 6 il, Əli Əliyev 4 il, Emin Tofiqli və Səfər Məmmədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

168 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi azadxeber.org saytının redaktorunun barəsində hökmü qüvvədə saxlayıb

27 Haziran 2014

By
@
backtotop