Süleyman Süleymanovun xatirəsinə

062700082716
Ötən gün Tbilisidə tanınmış azərbaycanlı jurnalist, Azərbaycan dilində çıxan qəzetə 40 ildən çox rəhbərlik etmiş Süleyman Süleymanov 79 yaşında vəfat edib. O həmçinin 1992-ci ildə yaradılmış Gürcüstan Azərbaycanlıları Birliyinə rəhbərlik edib.

S.Süleyman 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunda anadan olub. 1960-cı ildə Tbilisi Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini bitirib.

Ali məktəbi bitirdikdən sonra komsomol və partiya orqanlarında çalışıb.

1972-ci ildə S.Süleymanov Azərbaycan dilində nəşr olunan “Sovet Gürcüstanı” qəzetinə, 1990-cı ildən isə “Gürcüstan” nəşrinə rəhbərlik edib.

92 iilik tarixi olan bu qəzet Gürcüstanda azərbaycanlıların maarifləndirmə, onlarda milli özünüdərkin və mədəniyyətin inkişafı mərkəzinə çevrilib.

S.Süleymanovun redaktəsi ilə qəzet Gürcücə-Azərbaycanca lüğətin nəşrini hazırlayıb.

Həmçinin Gürcüstanın tarixi və coğrafiyası Azərbaycan dilinə tərcümə edilib, müxtəlif danışıq kitabçaları, bukletlər, məktəblilər üçün dərs vəsaitləri nəşr edilib.

S.Süleymanov həmçinin Süleyman Əfəndi yaradıcı təxəllüsü ilə tanınıb və 1990-2000-ci illərdə BBC radiostansiyasının Azərbaycan xidməti üçün Gürcüstandakı azərbaycanlıların həyatı haqqında reportajlar hazırlayıb.

O, Gürcüstan SSR Ali Sovetinin deputatı seçilib, 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə müstəqil Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

1992-ci ildə S.Süleymanov Gürcüstan Azərbaycanlıları Birliyinin sədri seçilib və ömrünün sonunadək onun əvəzsiz rəhbəri olub. Bu təşkilat ictimai qurum olaraq 1990-cı illərin əvvəllərində ağır dövrdə Gürcüstan azərbaycanlılarının hüquqlarının və maraqlarının əsas müdafiə mərkəzinə çevrilib.

Turan agentliyi mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Süleyman Süleymanovun xatirəsinə

27 Haziran 2014

By
@
backtotop