Azərbaycanda siyasi məhbuslar üzrə məruzəni Aqramunt hazırlayacaq

img1459834
Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması ispaniyalı deputat Pedro Aqramunta həvalə edilib. O, assambleyanın Monitorinq komitəsinin məruzəçisidir.

Bu qərar iyunun 25-də AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsində qəbul olunub.

Siyasi məhbuslar üzrə yeni məruzəçi postuna bu məsələnin müzakirəsinin təşəbbüsçüsü, irlandiyalı deputat Maykl Maknamara hollandiyalı deputat Pyeter Omsiqtın namizədliyini irəli sürüb. Lakin onun lehinə 19 deputat səs verib.

Məsələnin alternativ həllinə – siyasi məhbuslar üzrə məruzəçinin hazırlanması missiyasının Aqramunta həvalə edilməsinə 29 deputat səs verib.

Bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib. Onun fikrincə, məruzəçi insan hüquqları ilə bağlı konformist mövqe tutan Aqramunt təyin edilsə də bu qərarın qəbulu faktının özü siyasi məhbuslar problemin olmasından xəbər verir.

İstənilən halda Aqramunt məruzəni hazırlamalı və problemi Azərbaycan hakimiyyəti ilə müzakirə etməli, siyasi məhbusların azad edilməsi üzrə addımların qəbuluna yardım etməlidir.

Xatırladaq ki, ötən gün 11 QHT 81 nəfər siyasi məhbusun olduğu siyahını AŞPA-ya təqdim edib.

245 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəni Aqramunt hazırlayacaq

26 Haziran 2014

By
@
backtotop