Hüquq müdafiəcisinin həyat yoldaşı Mehriban Əliyevaya müracət etdi

062500082590
Çox hörmətli Mehriban xanım!

Bu məktubu Sizə möhtərəm prezident İlham Əliyev cənablarına güvənən və onun apardığı siyasəti ürəkdən dəstəkləyən, Salyanda baş verən yeyintilərlə bağlı prezidentə müraciət etdiyinə görə həbsə atılan Emil Məmmədovun həyat yoldaşı, üç uşaq anası Sənubər Məmmədova yazır.

Həyat yoldaşım Emil Məmmədov Salyan və ətraf rayonlarda fəaliyyət göstərən, məqsədi insan hüquqlarının qorunması olan və 2007-ci ildə qeydiyyatdan keçmiş Demokratiyaya Yardım İctimai Birliyinin sədridir.

Ötən ilin dekabrında həyat yoldaşım Salyanda baş verən qanunsuzluqlardan, iş adamlarının sıxışdırılmasından, büdcə vəsaitinin mənimsənilməsindən ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etmişdi. Yazmışdı ki, bu qanunsuzluğun başında maliyyə şöbəsinin müdiri Mahir Kərimov, telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov durur. Prezidentə bu müraciətindən sonra Emilə qarşı təzyiqlər başladı, icra başçısı Tahir Kərimov onu “xalq düşməni” elan etdi. Adıçəkilən şəxslər başladılar ki, guya Emil nə vaxtsa onlardan pul tələb edib. Amma heç vaxt belə bir şey olmayıb. O, həmişə kimliyindən asılı olmayaraq bütün hüquqları pozulanları müdafiə edirdi. Bu barədə prezidentə və Sizə müraciətlər edirdi. Həmin müraciətlərdən sonra o adamların problemləri həll olunurdu.Ona dua edib minnətdarlıq bildirəndə o deyirdi ki, mənə yox sizin təəssübünüzü çəkən əvəzolunmaz lider olan cənab İlham Əliyevə minnətdarlıq edin. O da buna arxalanaraq İlham Əliyevə müraciət etmişdi ki, cənab prezident, sizin etimad göstərdiyiniz icra başçısı Tahir Kərimov etimadınızı doğrultmur.Emil həmişə cənab Prezidentin doğru qərarlar verməsinə inanıb bunu neçə illik iş təcrübəsində görmüşdür.

Onu da deməliyəm ki, Emilin fəaliyyətinə heç vaxt irad, illah da fırıldaqçılıq, dələduzluq, reketliklə bağlı şikayət olmayıb. Bəs necə olur ki, hüquq müdafiəçisi birdən-birə dönüb dələduz və rüşvətxor olur?

Nəticədə dəfələrlə polisə çağrılan Emil mayın 13-də həbs edildi və məhkəmə zalında vəkil ayrılaraq 14 may tarixində məhkəmə keçirildi. Emilə qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 32, 182.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Oun barəsində 3 ay azadlıqdan məhrumetmə qərarı çıxarıldı.

Yoldaşım həbsinə hazırlıq getdiyini deyirdi.Rayon icra hakimiyyəti başçısının ən böyük arzusu Emili həbs etdirmək idi. Emili izahat vermə adı ilə çağıraraq həbs ediblər. Ailəmizdə 8 nəfər qalıb. Xəstə anası, ruhi xəstə bacısı və himayəsində olan azyaşlı qız uşağı var. Dörd nəfər də bizim ailəmiz – mən və üç övladım (ikisi azyaşlıdır, böyük oğlumuz isə tələbədir) Emilin himayəsindəyik.

Çox hörmətli Mehriban xanım!
Səlahiyyətlərinizdən istifadə edərək haqq ədalətin bərpa olunmasına və yoldaşımın azad edilməsinə kömək etməyinizi bir ana kimi Sizdən artıq dərəcədə xahiş edirəm məni humanistlik edib qəbul edəsiniz.

Səmimi hörmətlə,

Sənubər Məmmədova

276 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəcisinin həyat yoldaşı Mehriban Əliyevaya müracət etdi

25 Haziran 2014

By
@
backtotop