H.Məmmədovun hüquqlarını müdafiə komitəsi onun həyatına təhlükə olduğunu bildirir

hilal_memmedov
“Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi onun həyat və sağlamlığı üçün təhlükə olduğunu bildirir.

Komitənin məlumatında qeyd edilir ki, 20 gün əvvəl Məmmədovun qaldığı baraka zöhrəvi xəstəliyi olan məhkum yerləşdiriblər. Onun vəziyyəti kəskin şəkildə pisləşməyə başlayıb, bu, digər məhbusları narahat edib. Nəticədə xəstəni başqa yerə köçürüblər, amma məhkumlardan birinə xəstəlik yoluxub.

Məmmədov astma və immunitet zəifliyindən əziyyət çəkir və ona da xəstəlik yoluxa bilər.

Məhkumların şikayətlərinə baxmayaraq, ikinci xəstəni xəstəxanaya köçürmürlər.

Bundan başqa, iki gün əvvəl birinci xəstə də baraka qaytarılıb. Hazırda Hilal Məmmədov iki dəri-zöhrəvi xəstəxanasının arasında qalıb.

İyunun 25-də Ali Məhkəmədə Məmmədovun kassasiya şikayətinə baxılacaq. Bu səbəbdən o, istintaq təcridxanasına köçürülməlidir, lakin hələlik bu, baş verməyib.

Komitə hesab edir ki, bütün bunlar qəsdən, Məmmədovun sağlamlığına və həyatına qəsd məqsədilə edilir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs edilib. 27 sentyabr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib. H.Məmmədov ittihamları təkzib edir və siyasi motivlərə təqib edildiyini hesab edir. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

308 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

H.Məmmədovun hüquqlarını müdafiə komitəsi onun həyatına təhlükə olduğunu bildirir

24 Haziran 2014

By
@
backtotop