Məmurlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı aldadır

062400082384
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəhbəri Bəhram Xəlilov vakant vəzifələrin tutulması və “ehtiyat dövlət qulluqçuları”ilə bağlı münasibətin dəyişdirilməsinə tərəfdardır.

Bu gün o, jurnalistlərlə söhbətində gileylənib ki, bəzi dövlət orqanları vakant vəzifələrə dair tam məlumat vermir ki, bu da onların informasiyanı gizlətməsinə və ya qanunvericiliyi pozaraq işçi götürməsinə imkan yaradır.

Onun sözlərinə görə, komissiya 200 dövlət qurumu ilə əməkdaşlıq edir. Bu ildən dövlət qulluqçularının reyestrinin yeni proqram təminatı hazırlanıb. Bu, vakant yerlərə və dövlət orqanlarının bu yerləri təqdim edib-etmədiyinə dair informasiya əldə etməyə imkan verir.

Yerli qanunvericiliyə görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bütün vakant yerlər haqda məlumatlı olmalıdır.

B.Xəlilov qeyd edib ki, komissiya ehtiyatdan 300-400 nəfərin təyinatına nail olub. Bəzən müsabiqədə bir yerə 7 nəfər müraciət edir.

223 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məmurlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı aldadır

24 Haziran 2014

By
@
backtotop