Pərviz Həşimli karserə salınıb

062400082357
Bakıda İstintaq Təcridxanasında saxlanılan Pərviz Həşimli karserə salınıb. Bu barədə Turan-a onun vəkili Elçin Sadıqov bildirib. Buna səbəb jurnalistin karserə salınmasına səbəb mətbuata müsahibə verməsidir. Vəkil qeyd edib ki, P.Həşimlinin karserə salınması barədə rəsmi qərar ona təqdim olunmayıb.

Öz növbəsində Penitensiar Xidmətin mətbuat xidmətindən Turan-a bildirilib ki, vəkil Elçin Sadıqovun mətbuata verdiyi məlumat həqiqəti əks etdirmir.

“İstintaq təcridxanasında olduğu müddətdə Pərviz Həşimli dəfələrlə daxili intizam qaydalarını pozub, bununla bağlı ona “xəbərdarlıq” və “töhmət” elan olunub. Buna baxmayaraq, təqsirləndirilən şəxs P.Həşimli növbəti dəfə daxili intizam qaydalarına, vəzifəsini icra edən müəssisə əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığına görə barəsində tənbeh tədbiri seçilib”, – Penitensiar xidmətin məlumatında deyilir.

Xatırladaq ki, “Bizim yol” qəzetinin şərhçisi bu il mayın 15-də 8 il müddətinə azadlıqdan məhrum edilib. O, silah alverində təqsirli bilinib.

Jurnalistin özünün bildirdiyinə görə, o, üzvü olduğu Xalq Cəbhəsi Partiyası sədrinin ünvanına tənqidi çıxış etməkdən imtina etdiyinə görə cəzalandırılıb.

293 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Pərviz Həşimli karserə salınıb

24 Haziran 2014

By
@
backtotop